Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib təbrik edib

24 Mart 2020 19:01 (UTC+04:00)

Prezident İlham Əliyev Yunanıstan Prezidenti Katerina Sakellaropuluya təbrik məktubu göndərib.

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident, Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi yetirirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram".