Covid-19 əşyaların səthində nə qədər canlı qalır?

25 Mart 2020 11:09 (UTC+04:00)

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi koronavirus infeksiyasının əşyaların səthi üzərində nə qədər müddətdə yaşaması ilə bağlı araşdırma aparıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalara əsasən, Covid-19 səth üzərində təxmin edildiyi kimi, 3 gün deyil, bundan 5 dəfə çox müddətdə qala bilir. Belə ki, Yaponiyadakı “Diamond Princess” və Kaliforniyadakı “Grand Princess” gəmilərində karantində qalan sərnişinlərin təxliyyəsindən 17 gün sonra da salonlarda virusun izlərinə rast gəlinib.

Beləliklə, virusun 5 qat daha artıq canlı qala bildiyi qənaətinə gəlinib.