Koronavirusla mübarizədə 69 ölkə Türkiyədən dəstək istəyib

25 Mart 2020 16:22 (UTC+04:00)

Koronavirusla mübarizədə kömək üçün indiyədək 69 ölkə Türkiyədən dəstək istəyib.

AzNews.az-ın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

"Bu günə qədər 69 ölkədən bizə tibbi ləvazimat tələbi gəlib. Bunların hamısına dəstək verə bilməyimiz təbii ki mümkün deyil. Bu günə qədər 17 ölkəyə tibbi ləvazimatlar göndərmişik", - deyə Çavuşoğlu bildirib.