Rusiyada ümumxalq səsverməsi təxirə salınıb

25 Mart 2020 17:28 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin koronavirus təhlükəsi ilə bağlı xalqa müraciət edib.

Məlumata görə, Rusiya Prezidenti koronavirus epidemiyasının yayılmasına görə Konstitusiyaya dəyişikliklərlə bağlı aprelin 22-nə təyin olunan ümumxalq səsverməsinin qeyri-müəyyən vaxtadək təxirə salındığını bildirib.

O, ölkə əhalisinin sağlamlığının daha vacib olduğunu söyləyib. (apa)