Şahmat Olimpiadası təxirə salındı

25 Mart 2020 17:13 (UTC+04:00)

Bu il Rusiyanın paytaxtı Moskvada keçirilməsi planlaşdırılan Dünya Şahmat Olimpiadası təxirə salınıb.

AzNews.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası məlumat yayıb.

Məlumata görə, Olimpiadanın 2021-ci ilin avqust ayında keçiriləcəyi bildirilib.