Putin 1 həftə qeyri-iş günü elan etdi

26 Mart 2020 10:23 (UTC+04:00)

Prezident Vladimir Putin maaşların saxlanması şərti ilə martın 30-dan aprelin 5-dək olan günləri qeyri-iş günü elan edib.

AzNews.az xəbər verir ki, Rusiya prezidenti bu barədə vətəndaşlara etdiyi televiziya müraciətində açıqlama verib.

Nəticədə həftəsonları da nəzərə alınmaqla tətil martın 28-dən 5 aprel bazar gününə qədər davam edəcək.

Qərar koronavirus infeksiyasının yayılması ilə əlaqədar qəbul olunub.