Makrondan kritik açıqlama - Pandemiyanın pik dövrü yaxınlaşır

26 Mart 2020 11:54 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makron Müluz şəhərindəki səyyar hərbi xəstəxanadan çıxış edərək, tibb işçilərinin pul mükafatı ilə təltif olunacaqlarını, eləcə də əlavə iş saatlarının ödəniləcəyini bildirib.

AzNews.az xəbər verir ki, Fransa prezidenti sanitar böhrandan sonra xəstəxanalara kütləvi investisiya yatırılacağını və onların büdcələrinin artırılacağını vəd edib.

Makron bu görünməz düşmənə qarşı “müharibə”yə, eləcə də ölkəni parçalamaq istəyənlərə qarşı mübarizə aparmaq üçün xalqı birliyə çağırıb. Artıq özünü göstərməyə başlayan və yaxınlaşmaqda olan epidemiyanın pik dövründə əhaliyə yardım etmək üçün hərbi qüvvələrin səfərbər olunacağı “Résilience” (uzun müddət müqavimət göstərəcək) adlanan hərbi əməliyyatların başlanacağını diqqətə çatdırıb. O bildirib ki, indiki çətin vəziyyətdə yalnız bir ideya olmalıdır: birgə olmaq: "Yalnız birlik sayəsində ölkə görünməz düşmənlə mübarizədə qalib çıxacaq".