İraqda 2 türk əsgəri şəhid oldu

26 Mart 2020 12:48 (UTC+04:00)

İraqın Həftanin bölgəsində separatçı terror təşkilatı tərəfindən minaatanlardan açılan atəş nəticəsində 2 türk əsgəri şəhid olub, 2-si yaralanıb.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiyə Nazirliyi açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, hücumdan sonra hədəflər müəyyən edilərək cavab atəşi ilə zərərsizləşdirilib.