Afaq Bəşirqızı TRT-də qonaq olacaq

27 May 2013 15:54 (UTC+04:00)
Əməkdar artist Azərinin "TRT-Avaz Azərinlə" verilişi bu dəfə 28 may respublika gününə həsr olunacaq.

Məhz bununla bağlı müğənninin Azərbaycandan özəl qonaqları olacaq. Xalq artisti Afaq Bəşirqızı, müğənni İlqar Muradov türk səhnəsində Azərbaycanı təmsil edəcək.

Bahar Rüstəmli
AzNews.az