Ermənistanda şagirdlər koronavirusa yoluxub

26 Mart 2020 17:43 (UTC+04:00)

Ermənistanda məktəbli uşaqlarda koronavirus aşkarlanıb.

AzNews.az “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Arsen Torosyan martın 26-da keçirdiyi məbuat konfransında bildirib.

“Məktəblilərə koronavirus diaqnozu qoyulub. Onların sayını indi xatırlamıram”, - nazir vurğulayıb.

Qeyd edək ki, martın 26-sı saat 10:00-a olan məlumata əsasən, Ermənistanda 290 yoluxma faktı qeydə alınıb.