Sahib Alıyev: "Xəbərdarlıqları görməzdən gəlmək həm də cinayətdir"

27 Mart 2020 11:32 (UTC+04:00)

"Dünya Səhiyyə Təşkilatı Azərbaycan dövlətinin koronovirusla bağlı atdığı addımları təqdir edir. Bir çox ölkələrdə də dövlətimizin koronavirusun geniş yayılmasının qarşısını almaq və bundan az itkiylə çıxmaq üçün gördüyü sistemli tədbirlər örnək kimi göstərilir"

AzNews.az xəbər verir ki, bu fikrləri Millət vəkili Sahib Alıyev Facebook səhifəsində bildirib.

Deputat bildirib ki, koronovirusla mübarizə sahəsində məsuliyyətsizlik etmək olmaz və hər kəs üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir:

"Bəs cəmiyyət olaraq necə, koronovirusa yoluxmaq təhlükəsinin get-getdə artdığı indiki günlərdə davranışımız örnək sayıla bilərmi? Bunu bilmək üçün sadəcə evinizin pəncərəsindən küçələrə baxmaq yetər.
Çox təəssüf ki, bəziləri maskaya, spirtə kütləvi ehtiyac yaranan zaman necə girəvəçiliyə, möhtəkirliyə yol verirdilərsə, indi də bir çoxlarımız onlardan betər məsuliyyətsizlik edirik. Bunun təhlükəli olması haqda bütün xəbərdarlıqları qulaqardına vuraraq uşaqları da yanımıza salıb yenə də heç nə olmamış kimi küçə-bazarda gəzib-dolaşırıq.
Əziz atalar, analar, qardaşlar, bacılar, gənclər və uşqlar, bu cür məsuliyyətsiz davranışımızla təkcə özümüzü deyil, doğmalarımızı, əzizlərimizi, yaxınlarımızı, indiyədək heç bir pisliklərini görmdiyimiz onlarla başqa adamları ölüm təhlükəsiylə üz-üzə qoyuruq.
Anlamalıyıq ki, bu gün koronovirus təhlükəsiylə bağlı edilən xəbərdarlıqları görməzdən gəlmək sadəcə məsuliyyətsizlik deyil, həm də cinayətdir və bizə "ən yaxşı azərbaycanlı ölmüş azərbaycanlıdır" düşüncəsiylə yanaşan düşmənlərimizə xidmətdir!"