Bakı metrosunun iş vaxtı dəyişdi

27 Mart 2020 21:34 (UTC+04:00)

Bakı metrosunun iş vaxtı dəyişdirilib.

AzNews.az xəbər verir ki, bu, Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədardır.

Operativ Qərargahın məlumatında bildirilir ki, Bakı metrosunun işi 29 mart saat 00:00-dan etibarən səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.