Bakı şəhəri Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub.
AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Onlar bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.