Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı

28 Mart 2020 14:23 (UTC+04:00)

Azərbaycan millisinin voleybolçuları karantinə alınıblar.

Məlumata görə, Yuliya Kərimova və Marqarita Əzizova, eyni zamanda yığmanın sabiq oyunçusu Yekaterina Jidkova təcrid ediliblər.

Legioner həyatı yaşayan Ukrayna əsilli voleybolçularımız Azərbaycana qayıdarkən karantinə alınıblar. Buna səbəb bütün dünyada yayılan koronavirus pandemiyası təhlükəsidir. Voleybolçular müəyyən edilmiş müddətdən sonra evlərinə buraxılacaqlar.

Marqatira Əzizova "Radomka" (Polşa), Yekaterina Jidkova "Sarıyer Bələdiyəsi" (Türkiyə), Yulia Kərimova isə "Makkabi"də (Hayfa, İsrail) çıxış edir. (apa)