Koronavirus xəstələri sabahdan “Yeni klinika”ya köçürüləcək

28 Mart 2020 17:25 (UTC+04:00)

“Müvəqqəti olaraq sabahdan etibarən bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar”.

AzNews.az xəbər verir ki, bu barədə “Yeni klinika”nın açılışında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı dövlət başçısına burada yaradılan şərait barədə məlumat verərkən deyib.

Qeyd edilib ki, tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.