6 yaşlı uşaq xəstəxanada ölüb - TƏBİB

28 Mart 2020 18:03 (UTC+04:00)

Bakıda 6 yaşlı uşaq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda dünyasını dəyişib.

Bu barədə AzNews.az-a TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirilib. Onun sözlərinə görə, uşaq kəskin qarın simptomu ilə xəstəxanaya gətirilib:

"Uşaq xəstəxanada qalmayıb, çatan kimi dünyasını dəyişib. Uşağın ölüm səbəbi ekspertizadan sonra məlum olacaq və bu barədə məlumat veriləcək".