Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020 18:54 (UTC+04:00)

Martın 29-u birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start veriləcək.

Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.