Kanada Baş Nazirinin xanımı koronavirusdan sağaldı

29 Mart 2020 09:43 (UTC+04:00)

Kanadanın Baş Naziri Castin Tryudonun həyat yoldaşı Sofi Qrequar koronavirusdan sağalıb.

AzNews.az-ın xəbərinə görə, bu barədə xanım Tryudo öz feysbuk hesabında məlumat verib.

“Xəbəri sizinlə bölüşmək istədim: özümü daha yaxşı hiss edirəm və həkimimdən və Ottava Səhiyyə İdarəsindən müsbət tibbi müayinə nəticəsi aldım”, - deyə o, bildirib.

Xatırladaq ki, Sofi Qrequar iki həftə öncə koronavirusa görə test vermiş, cavab pozitiv çıxmışdı. Bununla əlaqədar olaraq Baş Nazir işlərini evdən idarə etməyə başlamışdı.