Dünyada koronavirusa yoluxanların sayı 700 minə çatır

29 Mart 2020 11:37 (UTC+04:00)

Dünyada koronavirus epidemiyasına yoluxanların sayı 664,103 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, ümumdünya Səhiyyə Təşkilatının son statistikasına əsasən, 30,883 nəfər infeksiyadan ölüb, 142,361 nəfər isə xəstəlikdən sağalıb.

COVİD-19 ümumilikdə 199 ölkədə qeydə alınıb.