Koronavirusdan ilk körpə ölümü qeydə alınıb

29 Mart 2020 12:07 (UTC+04:00)

ABŞ-ın Çikaqo şəhərində koronavirusa yoluxan 1 yaşı tamam olmamış körpə ölüb.

AzNews.az-ın TASS-a istinadən xəbərinə görə, indiyədək ABŞ-da koronavirusdan ölənlərin arasında körpə ölümü olmayıb və bu, ilk belə haldır. İllinoys ştatının Səhiyyə Departamentinin məlumatında qeyd olunur ki, hazırda körpənin ölüm səbəbi dərindən araşdırılır.