Rusiya prezidentindən İlham Əliyevə təbrik məktubu

27 May 2013 17:55 (UTC+04:00)
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda sanballı uğurlar qazanmışdır. Azərbaycanın beynəlxalq məsələlərdə fəal rolu hamı tərəfindən qəbul edilib.

Rusiya-Azərbaycan münasibətləri tarixən dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Əminəm ki, birgə səylərimizlə konstruktiv siyasi dialoqun, müxtəlif sahələrdə praktiki əməkdaşlığın daha da genişlənməsini təmin edəcəyik. Şübhəsiz, bu, xalqlarımızın firavanlığına, həmçinin regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradacaq".

Vladimir Putin İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtik və bütün işlərində uğurlar, Azərbaycan Respublikasının vətəndaşlarına firavanlıq və rifah arzulayıb.


AzNews.az