Bakının bəzi küçələrində təmir işləri aparılıb

29 Mart 2020 16:44 (UTC+04:00)

Bakı şəhərinin bir meçə küçə və prospektində (Ziya Bünyadov pr-ti, Mikayıl Müşfiq küç.) orta təmir işləri aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən (AAYDA) AzNews.az-a verilən məlumata görə, təmir işləri uzun müddət istismar nəticəsində yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gələn ərazilərdə görülüb.

Təmir işləri zamanı çatlar əmələ gəlmiş hissələrdə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib.

Asfaltlanma işləri ümumilikdə 10 min kv.m-dən çox sahəni əhatə edib.

Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilib.

Anoloji işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında, tərtib olunmuş qrafikə uyğun paytaxtın digər küçə və prospektlərində davam etdirilir.

1 / 10