Bəzi yeraltı piyada keçidlərində hərəkət məhdudlaşdırılıb

29 Mart 2020 17:51 (UTC+04:00)

Bəzi yeraltı piyada keçidləri ilə hərəkət məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzNews.az-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi karantin rejiminin gücləndirilməsi nəticəsində dənizkənarı bulvar, park və istirahət məkanlarına yeraltı piyada keçidlərindən çıxış məhdudlaşdırılıb.