Neft 20 dollara düşdü

30 Mart 2020 09:41 (UTC+04:00)

Neft qiymətlərinin kəskin ucuzlaşması prosesi davam edir.

AzNews.az xəbər verir ki, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 4,62 faiz azalaraq 26,66 dollardan satılır.

WTI markalı neftin aprel fyuçerslərinin qiyməti 4,93 faiz ucuzlaşaraq 20,45 dollar təşkil edir.