Deputatlar Azərbaycan həkimlərini alqışlayıblar

30 Mart 2020 11:40 (UTC+04:00)

“Cənab Prezident xəstəxanın açılışında ölkəmizdəki fədakar tibb işçilərini alqışladı”.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

O təklif edib ki, Mİlli Məclis də Prezidentin addımına dəstək verərək tibb işçilərini alqışlasın.

Deputatlar Q.Paşayevanın təklifinə qoşularaq Azərbaycan həkimlərini alqışlayıblar.