SOCAR "yanacaq satışı məlumatları"na aydınlıq gətirdi

30 Mart 2020 15:31 (UTC+04:00)

SOCAR yanacağın satışı ilə bağlı yayılan məlumatlar haqqında açıqlama yayıb.

AzNews.az həmin açıqlamanı təqdim edir:

"Dəyərli vətəndaşlar,

Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur.

Əziz vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq".