Bakı küçələrinə Daxili Qoşunlar cəlb edildi

30 Mart 2020 15:48 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Bakı və Sumqayıt şəhərlərində xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili Qoşunların hərbi qulluqçularını polislə birgə xidmətə cəlb edib.

AzNews.az-ın məlumatına görə, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, DQ qüvvələri bu gündən xidmətə cəlb edilib:

"Bu tədbirlər koronavirus infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma tədbirlərini tam və hərtərəfli yerinə yetirmək, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədi daşıyır".