Rusiyada daha 302 nəfərdə koronavirus tapıldı

30 Mart 2020 16:02 (UTC+04:00)

Rusiyada koronavirusa yoluxanların sayında artım var.

AzNews.az yerli mediaya istinadən xəbər verir ki, gün ərzində 302 yeni yoluxma halı aşkar olunub.

Hazırda Rusiyada koronavirusa 1836 nəfər yoluxub. Bu müddətdə 9 nəfər ölüb, 66 nəfər isə sağalıb.