Fatih Terim xəstəxanadan evə buraxıldı

30 Mart 2020 17:05 (UTC+04:00)

"Qalatasaray" klubunun koronavirusa yoluxan baş məşqçisi Fatih Terim xəstəxanadan evə buraxılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Terimin müalicə olunduğu xəstəxana açıqlama yayıb. Bu gün qan analizi verən və tomoqrafiya edilən mütəxəssisin evdə 14 günlük karantində olacağı bildirilib.

Koronavirus xəstəliyi ilə bir müddətdir xəstəxanada olan "Qalatasaray"ın vitse-prezidentləri Yusuf Günay və Abdurrahim Albayrak haqda isə məlumat verilməyib.