İmkansız vətəndaşlara yardım ediləcək

30 Mart 2020 21:19 (UTC+04:00)

"Bu dövrdə günəmuzd işləyən imkansız vətəndaşlarımız var. Onlar heç də narahat olmasınlar".

AzNews.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-yə müsahibəsində deyib.

Qurum rəsmisi bildirib ki, sosial müdafiə ilə bağlı paketin müzakirəsinin son mərhələsidir:

"Bu kateqoriyadan olan vətəndaşlar dövlətin himayəsindədirlər. Düşünməsinlər ki, dövlət onları unudub. Bu paket elan ediləcək".