Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edildi

31 Mart 2020 10:32 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, Milli Məclis sədrinin köməkçisi Fizuli Əsəd oğlu Abbasov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında Milli Məclis Aparatında kadr və struktur islahatları aparılacağını bildirmişdi.