Koronavirusa qarşı dərman müsbət nəticə verdi

31 Mart 2020 15:10 (UTC+04:00)

Ebola virusuna qarşı yaradılan və faydasız olduğu üçün istifadə edilməyən “Remdesivir” adlı dərman koronavirusa qarşı istifadədə müsbət nəticə verib.

AzNews.az xəbər verir ki, məlumatı Münhendə yerləşən “Schwabing” xəstəxanasının Baş həkimi Klemens Vendtner verib.

O, indiyə qədər 50 xəstəni sağaltdıqlarını bildirib.

“Uğur əldə edə bilsək, bu dərmanı bir-iki həftə ərzində xəstəxanalarımızda istifadə etməyə başlaya bilərik”, - K. Vendtner əlavə edib.

Dərman Berlində yerləşən “Charite” xəstəxanasında Professor Kristian Drostenin rəhbərliyindəki komanda tərəfindən sınaqdan keçirilir.

Pərvanə