Sosial təminat sahəsində əlavə tədbirlərin görülməsi zəruridir - İlham Əliyev

31 Mart 2020 17:09 (UTC+04:00)

"Eyni zamanda sosial təminat sahəsində əlavə tədbirlərin görülməsi də hesab edirəm ki, zəruridir"

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

"O cümlədən qeyd etdiyiniz sosial sahəyə aid olan məsələlər. Azərbaycan dövləti bir daha öz sosial siyasətini burada göstərməlidir və göstərir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və dəfələrlə biz bunu sübut etmişik", - deyə dövlət başçısı bildirib.