Putinin görüşdüyü baş həkim koronavirusa yoluxub

31 Mart 2020 18:46 (UTC+04:00)

Moskvanın Kommunarka qəsəbəsində yerləşən infeksion xəstəliklər xəstəxanasının baş həkimi Denis Protsenkoya COVİD-19 diaqnozu qoyulub.

AzNews.az “İnterfaks”a istinadən xəbər verir ki, baş həkimin koronavirusa görə verdiyi test pozitiv nəticə göstərib.

Xatırladaq ki, martın 24-də Rusiya Prezidenti Vladimir Putin Kommunarka qəsəbəsində yerləşən infeksion xəstəliklər xəstəxanasını ziyarət edərək baş həkim Denis Protsenkoya ilə görüşmüşdü.