İtaliyada koronavirusdan ölənlərin sayı 12 mini keçdi

31 Mart 2020 20:18 (UTC+04:00)

İtaliyada koronavirusdan ölənlərin sayı artmaqda davam edir.

AzNews.az xəbər verir ki, son sutka ərzində ölkədə 837 nəfər Covid-19-dan vəfat edib. Bununla da İtaliyada koronavirusdan ölənlərin sayı 12 428-ə çatıb.

Qeyd edək ki, sözügedən ölkədə 104 793 nəfər koronavirusa yoluxub.