Trampla Ərdoğan koronavirusu müzakirə etdilər

31 Mart 2020 21:17 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla telefon danışığı olub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentlər ikitərəfli əlaqələri, regional məsələləri və koronavirus pandemiyasını müzakirə ediblər.

Ərdoğanla Tramp pandemiyanın nəzarətə alınması üçün ən yaxşı təcrübələri bölüşməyi, tədbirlər görməyi və addımlar atmağı razılaşdırıblar.
Ağ Evin açıqlamasına görə, hər iki lider qlobal iqtisadiyyatın dəstəklənməsi yönündə beynəlxalq kampaniyada yaxından çalışmaq barədə razılıq əldə edib.