Türkiyədə koronavirusdan ölənlərin sayı 200-ü keçdi

31 Mart 2020 21:39 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan daha 46 nəfər ölüb.

AzNews.az xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Gün ərzində 15 442 test aparılıb, onlardan 2 704-nün nəticəsi pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 13 531, ölənlərin sayı isə 214-dür.