UEFA Türkiyə klubunu cərimələdi

31 Mart 2020 23:48 (UTC+04:00)

UEFA Türkiyənin "Başakşəhər" klubunu 1500 avro cərimələyib.

AzNews.az xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin Avropa Liqasının 1/8 final mərhələsinin "Kopenhagen"lə ilk oyununda fişəng yandırmaları səbəb olub.

Qeyd edək ki, martın 12-də Türkiyədə keçirilmiş matç "Başakşəhər"in qələbəsi ilə yekunlaşıb. Cavab görüşünün koronavirus pandemiyası ilə əlaqədar nə vaxt keçiriləcəyi məlum deyil.