Dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır

1 Aprel 2020 13:31 (UTC+04:00)

“Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır”.

AzNews.az APA-ya istinadən xəər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır: “Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün”.