Azərbaycanlı cərrah koronavirusa yoluxdu

1 Aprel 2020 17:17 (UTC+04:00)

İsraildə yaşayan azərbaycanlı həkim Rüstəm Cəfərov koronavirusa yoluxub.

Ortoped-cərrah hazırda özünün çalışdığı xəstəxanada karantindədir.

Onun vəziyyəti stabildir. Səhhətində ağırlaşmalar yoxdur.

Qeyd edək ki, İsraildə diaqnoz qoyulanların sayı 4347-ə yüksəlib və daha 3 xəstənin ölümü ilə ölənlərin sayı 15-ə çatdı. 80 xəstənin vəziyyəti isə ağırdır. Virusa yoluxanların və vəziyyəti ağır olanların arasında heç bir xəstəliyi olmayan 22 yaşlı bir gənc də var.