Türkiyə idmanında koronavirusdan ilk ölüm

1 Aprel 2020 18:51 (UTC+04:00)

Türkiyə idman ictimaiyyətində koronavirus pandemiyasından ilk ölüm baş verib.

AzNews.az-ın məlumatına görə, Həvəskar İdman Klubları Federasiyasının (ASKF) vitse-prezidenti Ahmet Karaman vəfat edib.

Koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilən Karaman xəstəliyin 4-cü günündə dünyasını dəyişib.