Putin və Ərdoğan koronavirusla bağlı vəziyyəti müzakirə ediblər

1 Aprel 2020 21:47 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər koronavirus pandemiyasının yayılması ilə bağlı mövcud vəziyyəti müzakirə ediblər.

Dövlət başçıları bir-birilərini bu infeksiyaya qarşı mübarizə tədbirləri ilə bağlı məlumatlandırıblar. Türkiyədə olan Rusiya vətəndaşlarının vətənə qayıtması məsələsində əməkdaşlığa xüsusi diqqət ayrılıb.

Bundan başqa, Putin və Ərdoğan Suriya münaqişəsinin nizamlanması məsələsi, İdlib əyalətindəki vəziyyət, o cümlədən Liviya problemi barədə fikir mübadiləsi aparıblar. (apa)