İtaliyada son sutkada koronavirusdan 727 nəfər ölüb

1 Aprel 2020 22:10 (UTC+04:00)

İtaliyada son sutkada yeni tip koronavirusdan (COVID-19) 727 nəfər ölüb, 4782 nəfərdə isə yeni yoluxma qeydə alınıb.

AzNews.az xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə Departamenti məlumat yayıb.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 110 mini ötüb, virusdan ölənlərin sayı isə 13155-ə çatıb.