Azərinin Azərbaycandan özəl qonaqları kimdir?
27 May 2013 19:56 (UTC+04:00)
Azərbaycanın əməkdar artisti Azərinin bu axşam Türkiyə səhnəsində çox özəl qonaqları olacaq.
Axşam.az-ın məlumatına görə, Türkiyənin TRT Avaz telekanalında yayımlanan "Azərinlə bir axşam" proqramında Azərbaycanın çox önəmli, dəyərli sənətkarları xalq artisti Afaq Bəşirqızı və əməkdar artist İlqar Muradov Azərinin xüsusi qonaqları olaraq. Türk səhnəsində çıxış edəcəklər.
Azərin bu barədə açıqlamasında "Mən uzun müddətdir ki, Türkiyədə həm sənətçi, həm də aparıcı olaraq fəaliyyət göstərirəm. Bu günə qədər Türkdilli dövlətlərdən bir çox tanınmış incəsənət xadimləri qonağım olublar. Ancaq Azərbaycandan bu axşamki qonaqlarım qədər dəyərli, böyük sənətkarlar verilişə dəvət almamışdılar. Əslində hər iki sənətkar Azərbaycan mədəniyyətinə kifayət qədər ləyaqətl, şərəflə xidmət edən insanlardı. Onların hər ikisi səhnə mədəniyyətləri, Azərbaycan incəsənətinin inkişafı istiqamətində əməyi olan böyük sənətkarlardı. Mən onları qürurla təqdim edəcəm. Sevinirəm ki, Azərbaycanın böyük sənətkarları ilə Türk tamaşaçılarını görüşdürəcəm" deyib.
Azərin onu da xüsusi şəkildə qeyd edib ki, Bu axşamki proqram sırf Azərbaycana həsr olunub. 28 may- Respublika günü münasibətilə təşkil olunan gecədə tamaşaçıları maraqlı anlar gözləyir. Gecədə Azərbaycanın Cumhuriyytinin yaranma tarixindən, Azərbaycan mədəniyytindən, tarixindən geniş danışılacaq. Proqramda bu axşam yalnız Azərbaycan bəstələri səslənəcək.
AzNews.az