Sürücü sükan arxasında dünyasını dəyişdi - Gəncədə

27 May 2013 20:10 (UTC+04:00)
Gəncə şəhər sakini avtomobilində dünyasını dəyişib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə edilən zəng zamanı bildirilib ki, şəhərin dəmir yol vağzalı rayonunda naməlum şəxs QAZ 24 markalı avtomobildə dünyasını dəyişib. Dərhal hadisə yerinə yollanan polis əməkdaşları araşdırma aparıblar və müəyyən ediblər ki, dünyasını dəyişən Gəncə şəhər sakini 1970-ci il təvəllüdü Qabil Abdullayevdir.

Gəncə şəhər Prokurorluğunda faktla bağlı araşdırma aparılır. Ölümün səbəbləri müəyyənləşdirilir.

AzNews.az