AZAL vətəndaşları karantin zamanı evdə qalmağa çağırır - VİDEO

2 Aprel 2020 12:42 (UTC+04:00)

"Azərbaycan Hava Yolları" QSC (AZAL) vətəndaşları karantin zamanı evdə qalmağa çağıran videoçarx hazırlayıb.

Bu barədə AzNews.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan pilotları və təyyarə bələdçiləri insanların diqqətini bir daha evdə qalmağın və hərəkəti mümkün dərəcədə məhdudlaşdırmağın zəruriliyinə yönəltdilər.

Bu qaydalara riayət virusun sürətli yayılmasının qarşısının alınması üçün yeganə ən yaxşı vasitədir.