Milli Məclisin iclasının gündəliyi açıqlandı

2 Aprel 2020 14:53 (UTC+04:00)

Milli Məclisin aprelin 7-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

AzNews.az xəbər verir ki, İclasın gündəliyinə 5 məsələ daxil edilib.

Bunlar Milli Məclis deputatının statusu, Milli Məclisin Daxili Nizamnaməsi və s. ilə bağlı qanunlara dəyişiklik layihələridir.

İclasda Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatı da müzakirəyə çıxarılacaq.