Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

2 Aprel 2020 16:33 (UTC+04:00)

Dünyada indiyədək 1 000 043 insanda koronavirus infeksiyası aşkarlanıb.

AzNews.az “Report”a istinadən xəbər verir ki, son 2 gündə dünyada koronavirusa yoluxanların sayı daha 200 000 artıb.

Pandemiya qurbanlarının sayı 50 434, sağalanların sayı isə 205 993 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.