Sabiq icra başçısına vəzifə verildi

2 Aprel 2020 18:21 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) prorektor vəzifəsinə təyinat olub.

AzNews.az xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Sadıqov Mirdaməd Mirsadıq oğlu UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsinə gətirlib.

Qeyd edək ki, M.Sadıqov 14 fevral 2013-cü ildən 2020-ci il martın 5-dək İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı olub.