Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə ilə məşğul olanların sayı açıqlanıb.
AzNews.az-ın məlumatina görə, hesabatda başqa dövlətlərin xüsusi xidmət orqanları ilə 15 nəfərin əməkdaşlıq eetdiyi bildirilir.
Onlardan 12-si Azərbaycan, 1-i Rusiya, 1-i İran, 1-i isə Gürcüstan vətəndaşıdır. Bundan başqa 1 nəfər Azərbaycan vətəndaşının əməkdaşlığa cəlb edildiyi qeyd olunub.
Xatırladaq ki, Nazirlər Kabinetinin hesabatını aprelin 7-də Baş Nazir Əli Əsədov Milli Məclisdə təqdim edəcək.